Fəaliyyət Sahələrimiz

Peşəkar İstilik Həlləri

10 illik təcrübə ilə fərdi evlərdən tutmuş böyük sənaye obyektlərinə qədər bütün istilik sistemlərinin təmiri, yuyulması və quraşdırılması.

Kombi Təmiri və Servisi

90% Hazır Ehtiyat Hissəsi

Ustalarımız ehtiyat hissələri ilə gəlir, problemi yerində həll edirik.

Kombi Təmiri və Servisi

Qaz, elektrik və yoğuşmalı (kondensasiyalı) kombilərin peşəkar təmiri. Cihazınızın növündən asılı olmayaraq, bütün markaların spesifik ehtiyat hissələri ilə təchiz olunmuşuq.

  • Dəqiq Diaqnostika Problemin mənbəyini xüsusi cihazlarla yoxlayır, "bəlkə bundandır" demirik.
  • Orijinal Detallar İstifadə olunan bütün hissələrə 3-6 aylıq rəsmi zəmanət verilir.
  • 7/24 Operativlik Gecə və ya bayram günü fərq etməz, donmağa imkan vermirik.
Usta Çağır

Kombi və Pətəklərin Yuyulması

Nə vaxt edilməlidir?

Pətəklərin altı soyuq, üstü isti qalırsa; dərəcəni qaldırsanız da otaq qızmırsa; kombidən qaynayan su səsi gəlirsə və qaz xərci kəskin artıbsa!

Sadəcə suyun dəyişdirilməsi kifayət deyil. Xüsusi yüksək təzyiqli aparatlar və kimyəvi məhlullarla sistemin daxilində illərlə yığılmış ərpi, pası tamamilə söküb atırıq. Eviniz qətiyyən çirklənmir.

Maksimum İstilik Pətəyin hər nöqtəsi eyni dərəcədə qızır.
20-30% Qaza Qənaət Kombi hədəf dərəcəyə tez çatır, az yanır.
Xüsusi Antifriz Qoruyucu Yuyulmadan sonra sistemə paslanma və donmanın qarşısını alan qoruyucu istilik mayesi vurulur.
Kombi və Pətəklərin Yuyulması
Səliqəli İş!
Plata (Beyin) Təmiri

Plata (Beyin) Təmiri

Kombi sisteminin "beyni" sayılan elektron plataların yanması ən çox rast gəlinən problemlərdəndir. Bəzi ustalar baha qiymətə yeni plata almanızı təklif edir, lakin biz məsələyə fərqli yanaşırıq.

Laboratoriya Şəraitində Bərpa

Platalar xüsusi ixtisaslaşmış elektronika ustalarımız tərəfindən mikrosxem səviyyəsində yoxlanılır və yanan hissələr bərpa edilir.

Büdcəyə Böyük Qənaət

Orijinal detalı yenisi ilə əvəz etməkdən qat-qat ucuz başa gəlir və cihazın orijinal beyni özündə qalır.

Təmir Üçün Şəkil Göndər
Böyük Obyektlər Üçün

Sənaye Qazanxanalarının Servisi

Məktəb, bağça, restoran və ticarət mərkəzlərində mərkəzi qazanxana sistemlərinin, boylerlərin və teploobmenniklərin peşəkar təmiri.

Forsunka & Juklor Təmizliyi

Yanma kamerasının səmərəli çalışması və yanacağın tam yanması üçün xüsusi üsullarla təmizlənmə.

Dəqiq Qaz Tənzimlənməsi

Həm təhlükəsizliyi təmin edir, həm də artıq qaz sərfiyyatının qarşısını alır.

İllik Texniki Nəzarət

Mərkəzi qazanxanaların qəza riskini sıfıra endirmək üçün müntəzəm profilaktik baxış.

Nə axtarırsınız?